Ayrılmaq istəmir – 17 milyon avro maaşa görə

17 Aprel 01:40 Almaniya 222
Ayrılmaq istəmir – 17 milyon avro maaşa görə

“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska klubu ilə müqaviləsini tam şəkildə bitirməyi planlaşdırır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” daimi təmasda olduğu 30 yaşlı futbolçu ilə ciddi maraqlanır.

Bununla belə, Qoretska özü heç kimin ona illik 17 milyon avro maaş verməyəcəyini anladığı üçün bu yay “Bayern”dən ayrılmaq istəmir.

O, bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Almaniyalı yarımmüdafiəçinin Münhen klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!