Niderlandlı üçün 16 milyon avro ödəyəcək - Almaniya klubu

8 Aprel 18:40 Almaniya 265
Niderlandlı üçün 16 milyon avro ödəyəcək - Almaniya klubu

Belçikanın “Leuven” klubunun yarımmüdafiəçisi Ezequel Banzuzi “Leyptsiq”ə keçməyə yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubunun rəhbərliyi niderlandlı futbolçunun transferi üçün 16 milyon avro ödəyəcək.

20 yaşlı yarımmüdafiəçi bu mövsüm “Leuven”in heyətində 31 matçda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə verib. Tərəflər arasında hazırkı müqavilənin müddəti 2026-cı ilin yayında başa çatacaq.

“Leyptsiq” Bundesliqanın 28 turundan sonra 45 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!