MS onun üçün 120, “Bayern” 130 milyon avro təklif etməyə hazırdır

8 Aprel 10:00 Almaniya 290
MS onun üçün 120, “Bayern” 130 milyon avro təklif etməyə hazırdır

Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virts Avropanın iki klubunun transfer hədəfindədir.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 21 yaşlı vingerin xidmətində “Mançester Siti” və “Bayern” maraqlıdır.

“Mançester Siti” almaniyalı futbolçu üçün 120 milyon avro təklif edir. Acaq Münhen klubu bu məbləğdən daha artığını ödəməyə hazırdır. Bundesliqa klubu Virts üçün 130 milyon avro ödəməyi planlaşdırır.

Virtsin “Bayer”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, bu mövsüm 39 oyun keçirib, 15 qol vurub və 13 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!