
“Leyptsiq”in baş məşqçisi Marko Rouz tutduğu vəzifədən uzaqlaşdırılıb.
Sportinfo.az Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla birlikdə köməkçiləri də komandanı tərk edib.
48 yaşlı məşqçi 2022-ci ilin payızından Almaniya komandasına rəhbərlik edib. Onun rəhbərliyi altında komanda ölkə kubokunu və superkuboku qazanıb.
“Leyptsiq” Almaniya çempionatının 27 turundan sonra 42 xal toplayaraq turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Komanda Bundesliqanın növbəti oyununda “Hoffenhaym”la qarşılaşacaq.