
Frankfurt “Ayntraxt”ı hücumçusu Hüqo Ekitikeni öz sıralarında saxlamaqda çətinlik çəkəcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu fransalı futbolçu ilə “Mançester Yunayted”ın ciddi maraqlandığını bilir.
Həmçinin, “Arsenal”, “Liverpul” və “Yuventus” da 22 yaşlı oyunçu ilə maraqlanır. “Topçular” üçün isə əsas hədəf “Nyukasl”dan Aleksander İsak olaraq qalır.
“Ayntraxt” rəhbərliyi bu yay Ekitikenin gedişini demək olar ki, qaçılmaz hesab edir. Rəhbərlik onun satışından 80 milyon avro qazanacağını gözləyir.
PSJ-nin keçmiş oyunçusu bu mövsüm 38 matçda 19 qol vurub və 8 məhsuldar ötürmə edib.