Ona ildə 10 milyon avro maaş ödəməyə etiraz etmirlər - TƏKLİF GÖNDƏRDİLƏR

27 Mart 16:55 Almaniya 443
Ona ildə 10 milyon avro maaş ödəməyə etiraz etmirlər - TƏKLİF GÖNDƏRDİLƏR

İspaniya millisinin və “Atletik”in vingeri Niko Uilyams Almaniya Bundesliqasında çıxış edə bilər.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçunun xidmətinə “Bayern” maraq göstərir.

Münhenlilərin rəhbərliyi Uilyamsa artıq təklif də göndərib. Almaniya çempionatının lideri ona ildə 10 milyon avro maaş ödəməyə hazırdır.

22 yaşlı futbolçuya “Barselona” da maraq göstərir və o, kataloniyalılara başa salıb ki, onunla müqavilə bağlamaq istəyirlərsə, “Bayern”dən pis olmayan təklif verməlidirlər.

Uilyamsın “Atletik”lə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti