
Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso hələ gələcəyi ilə bağlı qərar verməyib.
Sportinfo.az xəbər verir ki, “Marca” nəşri ispaniyalı mütəxəssisin hələlik yekun qərar vermədiyini qeyd edib.
Tərəflər danışıqlara davam edir. Yaxın vaxtlarda vəziyyət daha da aydınlaşmalıdır.
“Bayer” rəhbərliyi Alonsonun işindən tam razıdır və onu komandada saxlamaq istəyir.
Daha əvvəl mətbuatda onun “Real”da italiyalı çalışdırıcı Karlo Ançelottini əvəz edə biləcəyi barədə məlumatlar yayılmışdı.
Almaniya çempionatının 26 turundan sonra aktivində 56 xalı olan “Bayer” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.