
“Roma” müdafiəçisi Mats Hummelslə bağlı qərar verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu 36 yaşlı futbolçu ilə yeni müqavilə bağlamamaq qərarına gəlib.
Tərəflər arasında mövcud müqavilə bu ilin yayında başa çatır və beləliklə, almaniyalı müdafiəçi mövsümün sonunda azad agent kimi başqa klubla müqavilə imzalaya bilər.
Hummels bu mövsüm “Roma”nın heyətində bütün yarışlarda 17 oyun keçirib və 1 qol vurub.