Premyer Liqadan bu müdafiəçini transfer etməkdən vaz keçdilər

20 Mart 17:20 Almaniya 156
Premyer Liqadan bu müdafiəçini transfer etməkdən vaz keçdilər

“Bayern” rəhbərliyi “Liverpul”un müdafiəçisi Vircil van Daykın mümkün transferi barədə qərar verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, münhenlilər niderlandlı futbolçu uğrunda mübarizəni dayandırmaq qərarına gəliblər.

33 yaşlı oyunçunun Mersisayd klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. O, 2018-ci ildən “Liverpul”da çıxış edir.

Van Dayk bu mövsüm bütün yarışlarda 41 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti