
İngiltərə millisinin və “Bayern”in sabiq yarımmüdafiəçisi Ouen Harqrivs Münhen klubunun hücumçusu Harri Keyn haqda danışıb.
Sportinfo.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Keynin həmişə bu səviyyədə olduğunu deyib:
“Keyn həmişə bu səviyyədə olub, ancaq o, yəqin ki, kuboklar qazanmamaqdan yorulub.
Keçən mövsüm onun çoxlu uğursuzluğu oldu. Bu il o, kuboklardan birini (Bundesliqa, Almaniya kuboku) qazanacaq.
Amma o, böyük kuboku qazana bilərmi? Çempionlar Liqasını qazana bilərmi? Sonra o, özünü “qızıl top” uğrunda mübarizəyə qatacaq”.
31 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 36 matçda iştirak edib, 32 qol vurub və 11 məhsuldar ötürmə verib.