
Leverkuzen “Bayer”i komandanın liderlərindən birinin zədələndiyini açıqlayıb.
Almaniyalı yarımmüdafiəçi Florian Virts xəstəxanaya aparılıb.
Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Bayer”in baş məşqçisi Xabi Alonso bu məsələyə münasibət bildirib:
“Mənim Virtsə çox yazığım gəlir, xüsusən ona görə ki, o, əla formada idi. Amma indi tam bir komanda olduğumuzu və onsuz da qalib gələ biləcəyimizi göstərmək üçün yaxşı fürsətdir”.
21 yaşlı futbolçunun dəqiq sağalma vaxtı hələ məlum deyil.