“Bayern”in fransalı vingeri Premyer Liqaya transfer olacaq?

8 Mart 21:40 Almaniya 236
“Bayern”in fransalı vingeri Premyer Liqaya transfer olacaq?

“Bayern”in fransalı vingeri Kinqsli Koman İngiltərə Premyer Liqasına keçə bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə “Arsenal” maraqlanır.

Münhen klubu Komanı 35-45 milyon avroya satmağa razı ola bilər. Onun “Bayern”lə müqaviləsi 2027-ci ilin iyunun sonunda başa çatacaq.

O, 2017-ci ilin yayından bu komandanın rənglərini qoruyur.

Koman Almaniya çempionatının cari mövsümündə 22 matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti