
“Bayern”in idman direktoru Maks Eberl yarımmüdafiəçi Coşua Kimmixin müqaviləsi ilə bağlı danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi tərəflərin bir-birinə hörmətlə yanaşdığını deyib:
“Mən əvvəllər müqavilə danışıqlarını şərh etməmişəm və indi də etməyəcəm. Bu, sadəcə olaraq, yersizdir.
Tərəflər bir-birinə hörmətlə yanaşır və dialoq aparırlar. Onunla yaxşı münasibətimizin olması bizim üçün vacibdir”.
Kimmixlə Münhen klubu arasında hazırkı müqavilənin müddəti 2025-ci ilin yayında başa çatacaq. O, bu mövsüm Bundesliqada 23 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.