
“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix gələcəyi haqda düşünməyə davam edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu yaxın vaxtlarda yekun qərarını verəcək.
O, Münhen klubu ilə müqaviləsini uzatmağı düşünməklə bərabər, eyni zamanda, “Arsenal” və PSJ-dən gələn təklifləri nəzərdən keçirir.
“Bayern” maaşında cüzi artımla yarımmüdafiəçi ilə 2028-ci ilə qədər olan müqavilə imzalamağa hazırdır.
30 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 4 aydan sonra başa çatacaq.