İndi onu elə bir klub istəyir ki…

1 Mart 22:00 Almaniya 238
İndi onu elə bir klub istəyir ki…

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix İspaniya çempionatına keçə bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Real Sosyedad” 30 yaşlı futbolçunun xidmətində maraqlıdır.

İspaniya klubu Kimmixi pulsuz əldə etmək istəyir, çünki onun münhenlilərlə müqaviləsinin müddəti bu ilin iyunun sonunda başa çatacaq.

“Real Sosyedad” almaniyalı futbolçunu yay transfer pəncərəsində komandadan ayrıla biləcək Martin Subimendinin əvəzləyicisi kimi nəzərdən keçirir.

Kimmix cari Bundesliqa mövsümündə 23 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib. O, 2015-ci ilin yayından Münhen komandasında çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu