Xabi Alonso İspaniya klubundan təklif alıbmı?

24 Fevral 21:40 Almaniya 120
Xabi Alonso İspaniya klubundan təklif alıbmı?

Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso “Real”dan təklif almayıb.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu” italiyalı mütəxəssis Karlo Ançelottinin işindən razıdır.

Rəhbərlik komandanın onunla yenidən UEFA Çempionlar Liqasını qazanmasını istəyir.

Daha əvvəl mətbuatda İngiltərə Premyer Liqasından Alonsoya maraq olduğu barədə xəbərlər yayılmışdı. Pep Qvardiolaya əvəzləyici axtaran “Mançester Siti” ispaniyalı çalışdırıcını dəvət etmək istəyir.

Alonsonun “Bayer”lə müqaviləsinin müddəti 2026-cı ilin iyunun sonuna kimidir. O, 2022-ci ilin oktyabrından bu komandanı çalışdırır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 17:30 Çək və bizə göndər!
24 Fevral 11:20 Birini də sizdən görək!