Premyer Liqanın top-klubları arasında tələbat var – Niderlandlı müdafiəçiyə

22 Fevral 21:40 Almaniya 121
Premyer Liqanın top-klubları arasında tələbat var – Niderlandlı müdafiəçiyə

Leverkuzen “Bayer”inin müdafiəçisi Ceremi Frimponqa İngiltərə Premyer Liqasının top-klubları arasında tələbat var.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, niderlandlı futbolçunun xidmətində “Mançester Siti” və “Liverpul” maraqlıdır.

Hər iki klub yay transfer pəncərəsində Frimponqu almağa çalışacaq. Onun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.

24 yaşlı oyunçunun “Bayer”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonunda başa çatacaq.

Frimponq Almaniya Bundesliqasının cari mövsümündə 22 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 13:40 “Mən vacib deyiləm”