“Real”dan dəvət alsa, rəhbərlik onu saxlamayacaq – RAZILŞAMA ŞƏRTİ

15 Fevral 22:00 Almaniya 300
“Real”dan dəvət alsa, rəhbərlik onu saxlamayacaq –  RAZILŞAMA ŞƏRTİ

Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso tezliklə “Real”ın “sükanı arxasında” Karlo Ançelottini əvəz edə bilər.

Sportinfo.az “Relevo”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcının “Real”la bağlı “əczaçılar”ın rəhbərliyi ilə razılığı var. Belə ki, o, “kral klubu”na dəvət edilsə, rəhbərlik onu saxlamayacaq.

“Real” hazırda Ançelottiyə güvənir, ancaq onun komandası cari mövsümdə Çempionlar Liqası, La Liqa və ya İspaniya kubokunu qazana bilməsə, o, bu yay yerini Alonsoya verəcək.

Hər iki mütəxəssisin hazırkı müqavilələrinin müddəti 2026-cı ilin ortalarına kimi hesablanıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”