![Deyir, çox yuxarıdan getmə: “Mən ona iddialarını bir az azaltmağı məsləhət görərdim”](https://www.sportinfo.az/media/2025/02/13/rumenigge-1.jpg)
Karl-Haynts Rummenigge Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmanna müraciət edib.
Sportinfo.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, Naqelsmannı milli komandanın dünya çempionatında hədəfləri barədə danışarkən diqqətli olmağa çağırıb:
“Mən Yuliana 2026-cı il dünya kuboku ilə bağlı gözləntilərə gəldikdə iddialarını bir az azaltmağı məsləhət görərdim. O, daha təvazökar olmalıdır.
Cənubi Amerikada keçirilən dünya çempionatlarında adətən bu materikin komandaları üstünlük təşkil edir. 1994-cü ildə komanda Dallasda 40 dərəcədən yuxarı temperaturda oynadı.
Meksikada bəzi oyunlar 2000 metrdən çox yüksəklikdə keçirilir. Bütün bu amillər Avropa komandalarının xeyrinə danışmır və bunu xatırlamaq lazımdır”.
37 yaşlı mütəxəssis bu yaxınlarda Almaniya millisi ilə 2028-ci ilə qədər olan yeni müqavilə imzalayıb.
2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.