“Bayern”in hücumçusu Harri Keyn Manuel Noyerin klubla müqaviləsini uzatmaq qərarını şərh edib.
38 yaşlı qolkiper münhenlilərlə 2026-cı ilin ortalarına qədər olan müqavilə imzalayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu, Noyer üçün şad olduğunu deyib:
“Bu, bizim, oyunçular və bütün klub üçün əla xəbərdir. Noyer ən yaxşı olmasa da, gördüyüm ən yaxşı qapıçılardan biridir.
Onun bacarıqları və liderlik keyfiyyətləri komandaya lazım olan hər şeydir. Mən onun üçün şadam və ümid edirəm ki, biz irəliləməyə davam edəcəyik”.
Noyer 2011-ci ildən “Bayern”də çıxış edir. Onun əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatacaqdı.