COP29

“Düşünürəm ki, mövsümün sonunda onları saxlamaq şansımız var”

00:10 Almaniya 82
“Düşünürəm ki, mövsümün sonunda onları saxlamaq şansımız var”

Leverkuzen “Bayer”inin idman direktoru Saymon Rolfes baş məşqçi Xabi Alonso və yarımmüdafiəçi Florian Virtsin komandadakı gələcəyindən danışıb.

Sportinfo.az “Sky Sport Germany”-ə istinadən xəbər verir ki, klub rəsmisi mövsümün sonunda Alonsonu və Virtsi saxlamaq şanslarının olduğunu düşünür:

“Düşünürəm ki, mövsümün sonunda Alonsonu və Virtsi saxlamaq şansımız var. Onların etibarlı müqavilələri var və “Bayer”də rahatdırlar.

Virtslə yeni müqavilə? Bəzi təfərrüatları aradan qaldırmalıyıq”.

Daha əvvəl mətbuat yarımmüdafiəçinin və baş məşqçinin “Real”a keçə biləcəyi ilə bağlı xəbərlər yaymışdı.

Alonsonun Almaniya klubu ilə müqaviləsi 2026-cı ilin ortalarına, Virtsinki isə 2027-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 19:30 Çək və bizə göndər!
5 Fevral 04:00 Qazanan "Naxçıvan"dır
5 Fevral 03:00 Bunu da Tovuzda etdilər