COP29

Premyer Liqa klubuna keçdi - “Bayern”in hücumçusu

4 Fevral 22:00 Almaniya 120
Premyer Liqa klubuna keçdi - “Bayern”in hücumçusu

“Bayern”in hücumçusu Matis Tel “Tottenhem”ə keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Tottenhem”in mətbuat xidməti məlumat yayıb.

Tel mövsümün sonuna qədər Premyer Liqa təmsilçisində icarə əsasında çıxış edəcək. Amma “Tottenhem” onu 60 milyon avro qarşılığında birdəfəlik transfer etmək hüququna malik olacaq.

19 yaşlı futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Tel bu mövsüm “Bayern”lə bütün turnirlərdə 14 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 17:30 Çək və bizə göndər!
4 Fevral 00:00 "Mən xoşbəxt deyiləm"