COP29

Mahir Emrelinin hücum ortağı Premyer Liqada - RƏSMİ

12:00 Almaniya 243
Mahir Emrelinin hücum ortağı Premyer Liqada - RƏSMİ

İcarə qaydasında Almaniyanın 2-ci bundesliqa klubu "Nürnberq"də oynayan Stefanos Tsimas İngiltərə Premyer Liqasında çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə "Nürnberq"in yaydığı açıqlamada bildirib.

Almanlar müqavilə ilə PAOK klubuna məxsus olan 19 yaşlı yunan hücumçunu satın alma hüquqununda istifadə edərək onu birdəfəlik heyətinə qatıb.

Bu transferdən sonra Tsimas "Brayton"a icarəyə verilib. Lakin o, mövsümün sonunadək hazırkı komandaında qalacaq, İngilis klubuna isə 2025-ci ilin iyununda qoşulacaq.

Tsimas "Nürnberq"' icarə qaydasında 2024-cü ilin iyununda keçib. O, bu mövsüm bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 10 qol vurub. Bu nəticə ilə hazırda komandasının bombardiridir.

"Nürnberq"də Azərbaycan millisinin hücumçusu Mahir Emreli də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti