Leverkuzen “Bayer”i “Roma”da çıxış edən müdafiəçi Mario Hermosonun icarəyə götürüldüyünü rəsmən açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, icarə müqaviləsinin müddəti 30 iyun 2025-ci ildə başa çatacaq.
Hermoso “Espanyol” və “Atletiko”da oynamış “Real”ın yetirməsidir. İspaniyalı futbolçu ötən ilin sentyabrında “Roma”ya keçib. O, bütün turnirlərdə 13 oyuna çıxıb, 1 qol vurub.
29 yaşlı oyunçunun paytaxt təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.