Dortmund “Borussiya”sı Nuri Şahinin qovulmasından sonra yeni baş məşqçi axtarışına çıxıb.
Türk mütəxəssis bu gün tutduğu vəzifədən azad edilib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubunun baş məşqçi postuna bir neçə namizəd var. “Arılar”ın qısa siyahısına Rocer Şmidt, Niko Kovaç və Erik ten Haq daxildir.
“Borussiya” Bundesliqanın cari mövsümündə zəif çıxış edir. Dortmundlular 25 xal toplayıb və turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Komanda növbəti matçını öz meydanında “Verder”ə qarşı keçirəcək.