COP29

"O, bizə lazımdır və bunu çox yaxşı başa düşürük”

14 Yanvar 15:40 Almaniya 167
"O, bizə lazımdır və bunu çox yaxşı başa düşürük”

“Bayern”in qapıçısı Manuel Noyer Harri Keynin Münhen klubundakı dəyərini açıqlayıb.

Sportinfo.az “Sport1”-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper Keynin onlara lazım olduğunu bildirib:

“Keyn bizə lazımdır və bunu çox yaxşı başa düşürük. Cərimə meydançasında yaxşı oynayır, geniş yer yaradır, yaratdığımız qol şansları çox vaxt onun sayəsində olur.

Düşünürəm ki, Keynə Münhenqladbax “Borussiya”sına qarşı matçda penaltini yerinə yetirmək imkanı vermək məqsədəuyğun idi, o, artıq ardıcıl 26 zərbə vurub”.

31 yaşlı Keyn bu mövsüm “Bayern”in heyətində bütün turnirlərdə 21 oyun keçirib, 21 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun münhenlilərlə müqaviləsi 2027-ci il iyunun 30-na kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 02:30 Toyundan FOTOLAR paylaşdı