“Bayern”in hücumçusu Matis Tel yanvar ayında komandanı tərk etməyəcək
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun baş məşqçisi Vensan Kompani Tel ilə söhbət edib və ona tam etimad göstərdiyini deyib. Forvard ən azı mövsümün sonuna kimi klubda qalacaq.
Daha əvvəl 19 yaşlı futbolçunun kifayət qədər oyun praktikası əldə etmədiyi və bu səbəbdən icarəyə veriləcəyi bildirilirdi.