“Bayern”in qapıçısı Manuel Noyer tezliklə klubu ilə müqaviləsini uzadacaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 2026-cı ilin yayına kimi olacaq müqavilənin şərtlərini razılaşdırıblar, sözləşmə yekunlaşmaq üzrədir.
38 yaşlı kapitanla yeni müqavilənin imzalanması ilə bağlı rəsmi açıqlama yaxın günlərə planlaşdırılır.
Noyer 2011-ci ilin yayından münhenlilərin şərəfini qoruyur. O, bu mövsüm Vensan Kompaninin komandasının heyətində bütün yarışlarda 19 oyun keçirib, 13 qol buraxıb və 12 dəfə qapısını toxunulmaz saxlayıb.