“Bayer” heyətini gənc futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniya təmsilçisi Argentinanın “Veles” klubundan Alexo Sarkonu transfer edib. 18 yaşlı hücumçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Sarko Argentina millisinin heyətində 1 oyun keçirib.