"Bavariya" Almaniya millisinin və "Bayer"in futbolçusu Conatan Tahı transfer etmək istəməyib.
Sportinfo.az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi məxsus olduğu klubla müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçuya görə pul ödəmək istəməyib.
"Bavariya" 28 yaşlı futbolçunu yox, başqa mərkəz müdafiəçini heyətinə qatmağı planlaşdırır.
Almaniyalı 2025-ci il iyunun 30-na qədər "Bayer"ə məxsusdur.