“Bayern”in yarımmüdafiəçisi Camal Musiala “Barselona”ya sevgisindən danışıb.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Barselona” mənim sevimli komandamdır. Xavi, İnyesta və Busketslə yarımmüdafiə xətti məni valeh edirdi.
Mən onların oyunlarına təkrar-təkrar baxa bilərdim”.
“Barselona” 18 turdan sonra 38 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu növbəti matçını dekabrın 21-də “Atletiko”ya qarşı keçirəcək.