“Bayern”in baş məşqçisi Vensan Kompani hazırda “Çelsi”də çıxış edən ukraynalı yarımmüdafiəçi Mixail Mudrikin mümkün transferindən danışıb.
sPORTİNFO.az xəbər verir ki, belçikalı mütəxəssis mətbuat konfransında indi bu barədə düşünmədiyini bildirib:
“Mən indi bu barədə düşünmürəm. Ukraynalı futbolçu haqqında eşitmişəm, Mudriki tanıyıram.
Transfer məsələlərini yanvarda da, yayda da müzakirə edəcəyik. Hələlik bu məsələ ilə bağlı konkret cavabım yoxdur”.
23 yaşlı futbolçu London komandasının sıralarına ötən ilin yanvarında qoşulub. Tərəflər arasında hazırkı müqavilə 2031-ci ilin iyunun sonunda başa çatacaq.