Florian Virts Leverkuzen “Bayer”i ilə yeni müqavilə imzalayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb.
Almaniyalı yarımmüdafiəçinin “əczaçılar”la yeni müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub. Əvvəlki sözləşmə 2026-cı ildə başa çatacaqdı.
21 yaşlı futbolçu Bundesliqada 14 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. O, 2020-ci ilin yayından “Bayer”də oynayır.