“Bayern”in müdafiəçisi Alfonso Deyvis “Real”a keçəcəyi ilə bağlı söz-söhbətlərə baxmayaraq, Almaniya klubunda qala bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
24 yaşlı oyunçu əməkdaşlığın uzadılmasına ilkin razılıq verib. Deyvis anlaşmanın maliyyə tərəfindən razı qalacağı təqdirdə, müqaviləni imzalayacaq.
Kanadalı futbolçu ildə 15 milyon avro almaq istəyir və həmin məbləğdə imza bonusuna da ümid edir.