COP29

“Mən ona təzyiq göstərmək istəmirəm, hər şeyə özü qərar verəcək”

21 Noyabr 12:20 Almaniya 309
“Mən ona təzyiq göstərmək istəmirəm, hər şeyə özü qərar verəcək”

Almaniya millisinin və “Bayern”in vingeri Camal Musiala “Bayer”in yarımmüdafiəçisi Florian Virtsin potensial transferi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Bayern&Germany”-yə istinadən xəbər verir ki, almaniyalı Virtsin hər şeyə özünün qərar verəcəyini bildirib:

“Mən ona təzyiq göstərmək və ya bununla bağlı hansısa şərh vermək istəmirəm. Bu, onun qərarı olmalıdır. Virts hər şeyə özü qərar verəcək”.

21 yaşlı yarımmüdafiəçinin “Bayer”lə 2027-ci ilin ortalarına qədər olan müqaviləsi var. O, Bundesliqanın cari mövsümündə keçirdiyi 10 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti