Almaniya millisinin yarımmüdafiəçisi Camal Musiala Millətlər Liqasında Bosniya və Herseqovina üzərində qələbədən (7:0) sonra təəssüratlarını bölüşüb.
Sportinfo.az xəbər verir ki, 21 yaşlı ulduz matç bunları deyib:
“Əyləncəli idi. İstədiyimiz kimi, çox qol vurduq, amma müdafiədə də çox çalışdıq. Bu da işimizi asanlaşdırdı”.
Almaniya millisinin heyətində 2-ci dəqiqədə Musiala, daha sonra Tim Klyayndenst (dubl), Florian Virts (dubl), Kay Haverts və Leroy Sane fərqlənib.
Nagelsmannın komandası sona bir tur qalmış öz qrupunda artıq 1-ci yeri təmin edib.