Almaniya millisi noyabr ayında UEFA Millətlər Liqası çərçivəsində Bosniya və Herseqovina, həmçinin, Macarıstan yığması ilə qarşılaşacaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, milli komandanın baş məşqçisi Yulian Naqelsmann təlim-məşq toplanışına aşağıdakı futbolçuları çağırıb:
Qapıçılar: Oliver Baumann (“Hoffenhaym”), Aleksander Nübel (“Ştutqart”), Stefan Orteqa (“Mançester Siti”);
Müdafiəçilər: Maksimilian Mittelştat (“Ştutqart”), Robin Qosens (“Fiorentina”, İtaliya), Benjamin Henriks, (“Leyptsiq”), Coşua Kimmix (“Bayern”), Robin Kox (“Ayntraxt”), Antonio Rüdiger (“Real”, İspaniya), Niko Şlotterbek (“Borussiya”, Dortmund), Conatan Ta (“Bayer”);
Yarımmüdafiəçilər: Robert Endrix, Florian Virts (“Bayer”), Kris Fyurix (“Ştutqart”), Paskal Qros (“Brayton”, İngiltərə), Camal Musiala (“Bayern”), Angelo Stiller (“Ştutqart”); Feliks Nmeça, Yulian Brandt (“Borussiya”, Dortmund);
Hücumçular: Serj Qnabri (“Bayern”), Kay Haverts (“Arsenal”, İngiltərə), Tim Kleindienst (“Borussiya”, Münhenqladbax), Deniz Undav (“Ştutqart”).
Almaniya millisi Bosniya və Herseqovina ilə 16 noyabrda evdə, Macarıstanla 19 noyabrda səfərdə qarşılaşacaq.