“Roma”nın baş məşqçisi İvan Yuriç İtaliya A Seriyasının 9-cu turunun matçında “Fiorentina”ya məğlubiyyəti (1:5) şərh edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu oyuna görə çox kədərləndiyini bildirib:
“Fiorentina” ilə oyunda hər şeyi səhv etdik. Bu günə qədər biz çox diqqətli idik və yeddi matçda yaxşı oynadıq.
Amma bu oyunda biz hər şeyi səhv etdik – oyunumuzda və yanaşmamızda. Sanki son 40 günü tamam unutmuşuq.
Mən bunu gözləmirdim, çünki yaxşı oynadıq və etibarlı görünürdük. Amma hər şeyi səhv etdik.
Mümkün istefa? Futbolun necə işlədiyini bilirsiz. 40 gün çox işlədik və bu gün hamısını heyif etdik.
Mən belə hiss edirəm. Etibarlılıq, futbol, böyüyən və əla nəticələr göstərən gənclər, əvvəlki səviyyəsinə qayıdan uşaqlar…
Biz bu gün bütün bunları heyif etdik. Bu məni çox kədərləndirir. Başqaları qərar verməlidir, biz işləməliyik.
Mən hələ də düşünürəm ki, bu 40 gündə çox yaxşı işlər görmüşük. “Fiorentina” ilə oyunda bunu gözləmirdim”.