Kanada millisinin müdafiəçisi Alfonso Deyvis “Bavariya”dan ayrılmağa hazırlaşır.
23 yaşlı futbolçu öncədən gözlənildiyi kimi “Real”a yox, böyük ehtimalla “Barselona”ya keçəcək.
Sportinfo.az “Marca”ya istinadən xəbər verir ki, Deyvis uğrunda mübarizədə “Real” öndədir.
Lakin tərəflər arasında razılıq əldə olunmayıb və futbolçunun özü də “Barselona”ya keçidə müsbət yanaşır. Kanadalı son seçimini edəcək.
Deyvisin “Bavariya” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, 2019-cu ildən “Bavariya”da oynayır.