“Bayern”in müdafiəçisi Alfonso Deyvis komandanın baş məşqçisi Vensan Kompani haqqında fikirlərini açıqlayıb.
Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Kompani əla məşqçidir, onun rəhbərliyi altında biz çox gərgin futbol oynayırıq. Komandanın əsas heyəti məşqdə yaxşı çıxış edənlərdən ibarətdir.
Hər məşqdə komandada yer uğrunda “döyüş”dür, təminat yoxdur. O, komanda ilə nəzakətli, lakin möhkəm ünsiyyət qurur.
Kompaninin öz ideyaları var, biz onları çox yaxşı həyata keçiririk”.
“Bayern” Bundesliqanın yeni mövsümdə 6 turdan sonra 14 xalla turnir cədvəlində ilk pillədə qərarlaşıb.