“Osasuna”nın vingeri Brayan Saraqosa çətin ki, gələcəkdə “Bayern”də çıxış etsin.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu ispaniyalı futbolçunu gələn yay daimi olaraq satmaq istəyir.
Saraqosa bu ilin yanvarında “Bayern”ə keçsə də, adaptasiya problemi yaşayıb və əsas komandada yer ala bilməyib.
Bu səbəbdən, rəhbərlik onu yayda “Osasuna”ya icarəyə göndərmək qərarına gəlib.
23 yaşlı hücumçu ötən həftə “Barselona”nın qapısına yol tapmağı bacarmışdı. O, İspaniya çempionatında 8 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.