COP29

Gələn yay ayrılacaq - “Real”ı istəmədi, “Bavariya”ya gedir

10:20 Almaniya 571
Gələn yay ayrılacaq - “Real”ı istəmədi, “Bavariya”ya gedir

“Bayer Leverkuzen”in yarımmüdafiəçisi Florian Virts karyerasını “Bavariya”da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Bildirilib ki, 21 yaşlı gənc ulduz 2025-ci ilin yayında “Bayer”dən ayrılacaq. Artıq “Bavariya” futbolçu ilə danışıqlar aparıb.

Qeyd olunur ki, Almaniya millisinin üzvü özü də bu klubda gücünü sınamaq istəyir.

Virtsin hazırki klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 130 milyon avrodur.

Futbolçu İspan nəhəngi “Real Madrid”in də hədəfində idi. Madrid klubunun alman üçün 100 milyon avro ödəməyə hazır olduğu deyilirdi.

Digər Xəbərlər
Xəbər Lenti