COP29

Premyer Liqanın bir neçə klubu maraqlanır - Millinin vingeri ilə

8 Oktyabr 22:00 Almaniya 707
Premyer Liqanın bir neçə klubu maraqlanır - Millinin vingeri ilə

Almaniya millisinin və “Bayern”in vingeri Leroy Sane karyerasını İngiltərədə davam etdirmək imkanlarına malikdir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə Premyer Liqanın bir neçə klubu maraqlanır.

Potensial müştərilər Saneni azad agent kimi əldə etməyi planlaşdırır. Onun Münhen nəhəngi ilə hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq.

Sane 2020-ci ilin yayından “Bayern”də çıxış edir. O, bu mövsüm 4 oyun keçirib, 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 04:00 UEFA-dan növbəti təyinat