Dortmund “Borussiya”sının vingeri Kərim Adeyemi İngiltərə çempionatının nəhənglərinin maraq dairəsindədir.
Sportinfo.az TBR-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun vəziyyətini “Mançester Siti”, “Liverpul” və “Arsenal” yaxından izləyir.
Onun daha əvvəl “Yuventus”, “Bayern”, PSJ və “Barselona”ya keçmə ehtimalı var idi.
22 yaşlı yarımmüdafiəçi bu yaxınlarda UEFA Çempionlar Liqasında “Seltik”lə oyunda het-trik edib və buna görə həftənin oyunçusu seçilib.
Adeyemi bu mövsüm “Borussiya”nın heyətində 8 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.