COP29

“Qızıl top”a namizəd göstərilməyən Camal: “Mən bunu desəm, yalan danışaram”

28 Sentyabr 22:00 Almaniya 120
“Qızıl top”a namizəd göstərilməyən Camal: “Mən bunu desəm, yalan danışaram”

Almaniya millisinin və “Bayern”in futbolçusu Camal Musiala “qızıl top”a namizədlər sırasına düşə bilməməsinə münasibət bildirib.

Sportinfo.az “The Guardian”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu çətin mövsüm keçirdiklərini deyib:

“Fərdi mükafatların mənim üçün əhəmiyyəti olmadığını desəm, yalan danışaram. Hər bir iddialı oyunçu mükafat qazanmaq istəyir.

Çətin mövsüm keçirdik və yeni mövsümdə daha yaxşı çıxış etməyə çalışmalıyıq. Hazırda əsas diqqət kuboklara yönəlib”.

Musiala ötən mövsüm Münhen təmsilçisinin heyətində 38 matçda iştirak edib, 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti