COP29

“2:0 hesabı ilə öndə olanda rəqibin qalib gəlməsinə icazə vermək olmaz”

1 Sentyabr 16:55 Almaniya 494
“2:0 hesabı ilə öndə olanda rəqibin qalib gəlməsinə icazə vermək olmaz”

“Bayer”in baş məşqçisi Xabi Alonso Bundesliqanın ikinci turunda evdə “Leyptsiq”ə uduzduqları oyundan (2:3) sonra fikirlərini bölüşüb.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, o, komanda olaraq bu məğlubiyyətdən dərs alacaqlarını söyləyib:

“Bu, komandamız üçün çətin andır. İnanıram ki, “Bayer” layiqincə məğlub oldu.

Bu uğursuzluqdan faydalı bir dərs alacağıq. 2:0 hesabı ilə öndə olanda rəqibin qalib gəlməsinə icazə vermək olmaz”.

Bu qarşılaşmada Leverkuzen klubunun 35 matç davam edən məğlubiyyətsizlik seriyası qırılıb.

“Bayer” 2023/24 mövsümündə qızıl dubl edib. Alonsonun komandası Bundesliqa çempionu və ölkə kubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM