COP29

Ərəblər 40 milyon avro təklif edir - Özün bilərsən, qərar ver!

31 Avqust 00:20 Almaniya 336
Ərəblər 40 milyon avro təklif edir - Özün bilərsən, qərar ver!

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Bayern”ə Kinqsli Koman üçün 40 milyon avro təklif edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hələ indiki mərhələdə yekun qərar verilməyib.

“Bayern” 28 yaşlı futbolçuya heç bir təzyiq göstərmir, lakin onu buraxmağa hazırdır.

Daha əvvəl Kinqsli Komanın “Barselona”nın və İngiltərə Premyer Liqasının bir neçə klubunun maraq dairəsində olduğu bildirilirdi. Onun özü hələ Səudiyyə Ərəbistanı klubu ilə müqavilənin şərtlərini razılaşdırmayıb.

Fransalı futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti