COP29

50 milyon avro qiymət qoyub – “Barselona”nın istədiyi müdafiəçiyə

28 Avqust 22:00 Almaniya 919
50 milyon avro qiymət qoyub – “Barselona”nın istədiyi müdafiəçiyə

“Leyptsiq”in müdafiəçisi Məhəmməd Simakan İspaniya çempionatına keçə bilər.

Sportinfo.az “Footmercato”-ya istinadən xəbər verir ki, “Barselona” fransalı futbolçunun xidmətində maraqlıdır.

Kataloniyalılar qarşı tərəfdən potensial transfer haqqında məlumat istəyib.

Simakanın transferini təşkil etmək “Barselona” üçün asan olmayacaq. Almaniya klubu 24 yaşlı müdafiəçini 50 milyon avro dəyərləndirir. Kataloniyalılar bu pulu ödəyə bilməzlər.

Simakan ötən mövsüm Almaniya çempionatında 32 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Leyptsiq”lə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti