“Bayern”in qapıçısı Manuel Noyer Almaniya millisindəki karyerasını başa vurub.
Sportinfo.az xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə şəxsi instaqram hesabından paylaşım edib.
O, yığmanın formasını geyinməyi çox sevdiyini yazıb.
2009-cu ildən Almaniya millisinin formasını geyinən Noyer 2014-cü ildə komanda ilə dünya çempionu olub.