“Bayern”in hücumçusu Harri Keyn yayda komandaya gələn yeni baş məşqçi Vensan Kompaninin oyun tərzindən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu, Kompanini çox bəyəndiyini bildirib:
“Kompanini çox bəyənirəm. O, çoxlu təzə enerji gətirdi.
Yüksək pressinq etmək, topa çox sahib olmaq və çoxlu qol vurmaq üçün ancaq hücum futbolu oynamağımızı istəyir.
Düşünürəm ki, bu, bizə və komandamıza yaraşır. Onun fikirlərini anladıqca, həftədən həftəyə biz də yavaş-yavaş təkmilləşəcəyik.
İlk təəssüratlarım həqiqətən yaxşıdır”.
Keyn ötən mövsüm Almaniya çempionatında 36 qol vurub.